Haqqımızda
Zəif xalqların ədalətsizliklərlə üzləşdiyi əsrimizdə müşahidə olunan qlobal dəyişikliklər, iqtisadi blokadalar, siyasi gərginlik, rəngarəng çevrilişlər, ikili standartlar, qanunsuz bölgülər, amansız qarətlərlə yanaşı, müsəlman xalqların yeni təcavüz növünə “infomasiya hücumu”na məruz qalmalarının da şahidi oluruq. Texnologiyanın inkişafından şəxsi mənafeləri üçün istifadə edən istismarçılar, gerçəkliklərdən uzaq olan “informasiya axını” ilə həqiqətlərin üzərinə pərdə salaraq, müsəlmanların sərvətlərinə yiyələnir və mənəviyyatına hörmətsizlik edirlər.

IslamTimes, haqq-ədaləti və doğru tərəqqi yolunu zülmə tabe olmayan sülhsevər müsəlman xalqlarına tanıtmaq məqsədi ilə «Müstəqil Müsəlman Ziyalıları»nın təşəbbbüsu ilə təsis edilmişdir.

Ana vətənimizin çiçəklənməsi, milli və dini birliyimizin möhkəmlənməsi uğrunda Azərbaycan xalqının siyasi, ictimai, mədəni və elmi maariflənməsinə xidmət edən, IslamTimes-ın Azərbaycan bölməsi, dünyada baş verən olaylarla yaxından tanış olan, gündəlik hadisələri diqqətlə izləyən, müasir dünya elmləri üzrə azərbaycanlı mütəxəssislər və dini məsələlər üzrə ekspertlərdən ibarət elmi heyət tərəfindən idarə olunur.

Dünya müsəlmanları ilə bərabər Azərbaycan xalqının xoş gələcəyi, doğma Qarabağımızın və Müqəddəs torpaqlarımızın tezliklə düşmən təcavüzündən azad edilməsi hər bir IslamTimes-çının başlıca amal və arzusudur!